"Barselona"nın futbolçusu "Tottenhem"ə keçə bilər

23.10.2019 15:39

"Barselona"nın yarımmüdafiəçisi Karles Alenya karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

"El Mundo Deportivo" xəbər verir ki, "Tottenhem" Alenyanın xidmətində maraqlıdı. Keçid qış "transfer pəncərəsi"ndə baş tuta bilər.

Baş məşqçi Maurisio Poçettinonun Alenyanı yaxından izlədiyi bildirilir. İspan futbolçu London klubundan ayrılacağı gözlənilən Kristian Eriksenin əvəzedicisi qismində göstərilir.

Cari mövsümdə Alenya La Liqada 1 matçda meydana çıxıb.

Fanat.Az

© xezerxeber.az


139 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR