“Qalatasaray” Zidanı qovdura bilər

22.10.2019 13:32

Çempionlar Liqasının 3-cü turunda "Qalatasaray"la keçiriləcək oyun "Real"ın baş məşqçisi Zinəddin Zidan üçün sonuncu ola bilər.

XəzərXəbər Kaspi.az-a istinadən xəbər verir ki, "Real" bu qarşılaşmada məğlub olsa, Zinəddin Zidanın istefaya göndərilmə ehtimalı artacaq. Məlumata görə, "Real"ın prezidenti Florentino Peres artıq bu barədə klub rəhbərliyi ilə söhbət edib.

İspaniya mətbuatının iddiasına görə, Zidanı əvəz edəcək şəxs də bəllidir. Peres Joxe Mourinyonu "Real"a qaytarmaq niyyətindədir. Hətta onunla danışıqların başladığı da bildirilir.

"Real" ÇL-də keçirdiyi ilk 2 oyunda cəmisi 1 xal toplayıb.

© xezerxeber.az


153 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR