II Avropa Oyunlarının ən yaxşı idmançılarının adları açıqlanıb

18.10.2019 09:43

Belarusun paytaxtı Minskdə keçirilmiş II Avropa Oyunlarının ən yaxşı idmançıları müəyyənləşib.

Xezerxeber.az-ın məlumatına görə, onların adları Qətərin paytaxtı Dohada təşkil olunan Milli Olimpiya Komitələri Assosiasiyasının XXVI Baş Assambleyasında açıqlanıb.

Qitə miqyaslı multiidman yarışının ən yaxşı qadın idmançısı adına 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanan rusiyalı gimnast Dina Averina layiq görülüb. Ən yaxşı kişi idmançısı mükafatı isə Minsk-2019-un ikiqat qalibi və üçüncüsü olan italiyalı oxatan Mauro Nespoliyə verilib.

Qeyd edək ki, Avropa Oyunları iyunun 21-28-də keçirilib.

© xezerxeber.az


124 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR