“Barselona” “El-Klasiko”ya itki ilə çıxacaq

10.10.2019 12:42

İspaniyanın "Barselona” klubunun futbolçusu Usman Dembele iki oyunluq diskvalifikasiya olunub.

Buna səbəb hücumçunun La Liqanın son turunun "Sevilya” ilə matçındakı (4:0) hərəkətidir.

U.Dembele hakimlər mübahisə etdiyi üçün birbaşa qırmızı vərəqə alıb. İntizam Komitəsi də buna görə də futbolçunu iki oyunluq cəzaya layiq görüb.

Hücumçu IX turun "Eybar”la səfər qarşılaşmasını, həmçinin oktyabrın 26-da "Real”la baş tutacaq evdəki "El-Klasiko”nu buraxacaq.//Apa.az

© xezerxeber.az


114 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR