Mbappe Türkiyəyə qarşı oynamayacaq

09.10.2019 13:24

AÇ-2020-nin seçmə mərhələsində İslandiya və Türkiyə ilə qarşılaşacaq Fransa yığması ciddi itkiylə üzləşib.

PSJ-nin hücumçusu Killian Mbappe zədə səbəbindən yığmanın heyətindən çıxarılıb. 20 yaşlı forvard zədəsini tam sağaltmayıb.

Fransa oktyabrın 11-i İslandiya, 3 gün sonra Türkiyə millisi ilə qarşılaşacaq.

© xezerxeber.az


75 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR