Mourinyo yenidən İngiltərə Premyer Liqasında?

09.10.2019 11:49

Joze Mourinyo karyerasını yenidən İngiltərə Premyer Liqasında davam etdirə bilər.

"Daily Mail” xəbər verir ki, portuqaliyalı mütəxəssis "Tottenhem”in baş məşqçi postuna namizəddi.

Ötən mövsüm Çempionlar Liqasında final olan oynayan London klubu cari mövsümdə uğursuz çıxış edir. Komanda Premyer Liqada 8 oyundan sonra 11 xalla 9-cu yeri tutur. Üstəlik Çempionlar Liqasında "Bavariya"ya 2:7 hesabı ilə yenilib.

Bu səbəbdən baş məşqçi Maurisio Poçettinonun gələcəyi sual altına düşüb. 2023-cü ilin yayına qədər müqaviləsi var olan argentinalı mütəxəssis istefaya göndərilsə, onun yerinə əsas namizəd Mourinyo olacaq. 56 yaşlı mütəxəssis özü yenidən İngiltərədə işləməyin əleyhinə deyil.

Qeyd edək ki, ötən ilin dekabrında uğursuz nəticələrlə əlaqədar "Mançester Yunayted”in baş məşqçi postundan kənarlaşdırılmış Mourinyo İngiltərədə "Çelsi, Portuqaliyada "Portu”, İtaliyada "İnter”, İspaniyada isə "Real"ı çalışdırıb.

Fanat.Az

© xezerxeber.az


81 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR