AFFA və FİFA prezidentləri görüşdü

09.10.2019 10:41

Oktyabrın 8-də İsveçrənin Sürix şəhərində, FİFA-nın mənzil-qərargahında AFFA-nın prezidenti Rövnəq Abdullayev və FİFA-nın prezidenti Canni İnfantino arasında görüş keçirilib.

XəzərXəbər xəbər verir ki, görüşdə Azərbaycanda futbolun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər barədə FİFA rəhbərliyinə ətraflı məlumat verilib, AFFA və FİFA arasında mövcud olan səmərəli əməkdaşlıqla bağlı geniş fikir mübadiləsi aparılıb.

AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov görüşdə iştirak ediblər.

© xezerxeber.az


140 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR