Kataloniya klubu baş məşqçisini istefaya göndərib

08.10.2019 18:05

İspaniyanın "Espanyol” futbol klubu baş məşqçisi David Qaleqonu istefaya göndərib.

Xezerxeber.az xəbər verir ki, 51 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib. Buna komandanın La Liqada uğursuz çıxışı səbəb olub.

Qeyd edək ki, "Espanyol” ölkə çempionatında 5 xalla 19-cu pillədə qərarlaşıb.

© xezerxeber.az


108 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR