Səlahət Ağayevin durumuna aydınlıq gəlib

07.10.2019 16:13

Premyer Liqanın VII turunun "Səbail”lə oyununda (2:1) zədələnən "Neftçi”nin qapıçısı Səlahət Ağayev tibbi müayinədən keçib.

Xezerxeber.az-ın məlumatına görə, son turun ilk hissəsində zədələnərək fasilədə əvəzlənən qolkiperin durumuna aydınlıq gəlib.

Tibbi baxışın nəticələrinə əsasən təcrübəli qapıçıda pubalgiya aşkarlanıb. Oturaq sümüyünün iltihabı xəstəliyi diaqnozu ilə sıradan çıxan futbolçu bir həftə müalicə olunacaq.

Qeyd edək ki, qolkiper zədə səbədindən milli komandadan da kənarlaşdırılıb.

© xezerxeber.az


91 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR