“Real”ın daha iki futbolçusu zədələndi

06.10.2019 17:52

İspaniya La Liqasının VIII turunda "Qranada”ya 4:2 hesabı ilə qalib gələn "Real”ın daha bir futbolçusu zədələnib.

Oyunun 34-cü dəqiqəsində zədələnən Toni Kroos qarşılaşmanı davam etdirə bilməyib və Luka Modriçlə əvəzlənib. Alman futbolçunun qarın nahiyəsindən zədələndiyi və nə qədər müddətə sıradan çıxdığının yaxın günlərdə dəqiqləşəcəyi bildirilir.

Oyundan əvvəl isə Madrid təmsilçisinin digər futbolçusu Marselo zədə alıb. Klubun rəsmi saytının yaydığı məlumata görə, braziliyalı müdafiəçi bir müddət məcburi istirahət edəcək. Marselonun bərpa müddəti açıqlanmasa da, İspaniya mətbuatının xəbərinə görə, o, ən azı bir ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, "Real”ın heyətində Ferlan Mendi, Naço, Tibo Kurtua və Marko Asensio da zədədən əziyyət çəkir.

Fanat.Az

© xezerxeber.az


100 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR