"Barselona" böhran içində - Son 25 ilin ən bərbad startı

22.09.2019 18:16

La Liqanın 5-ci turunda "Barselona” səfərdə "Qranada”ya uduzub (0:2).

Ernesto Valverdenin komandası 5 turda 7 xal toplayıb. Bu, son 25 ildə Kataloniya təmsilçisinin ən uğursuz startıdır. Son dəfə 1994/95 mövsümündə onlar 5 oyuna 7 xal yığmışdılar.

Qeyd edək ki, hazırda "Barselona" turnir cədvəlində 7-ci yerdədir.

Daha bir acınacaqlı statistika odur ki, "Qranada" ilə görüşdə "Barselona"nın qapıya vurulan səkkiz zərbəsindən cəmi biri çərçivəyə gedib. Bundan başqa, komanda bütün turnirlərdə artıq 7 səfər matçında qalib gələ bilmir. Son dəfə bu ilin aprelində "Selta"yla rəqib meydanındakı görüşdə qələbə qazanılıb (2:0).

© xezerxeber.az


555 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR