UEFA Çempionlar Liqasının birinci turun ən yaxşı oyunçusu adına namizədlər açıqlanıb

19.09.2019 09:02

Sentyabrın 19-da UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün birinci turunun ən yaxşı oyunçusu adına namizədlər açıqlanıb.

Xezerxeber.az UEFA-ın saytına istinadən xəbər verir ki, qrup mərhələsinin birinci turunun qarşılaşmalarında apardıqları mübarizəyə görə həftənin ən yaxşı futbolçusu adına norveçli Erlinq Braut Haalland ("Zaltsburq”, Almaniya), almaniyalı qapıçı Mark Ter Şteqen ("Barselona”, İspaniya), argentinalı yarımmüdafiəçi Anxel Di Maria ("Paris Sen-Jermen”, Fransa) və xorvatiyalı hücumameyilli yarımmüdafiəçi Mislav Orsiç ("Dinamo Zaqreb”, Xorvatiya) iddialıdırlar.

Qeyd edək ki, qaliblər UEFA-nın saytında aparılan səsvermə nəticəsində sentyabrın 20-də müəyyənləşəcək.

© xezerxeber.az

FOTOQALERIYA






85 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR