UEFA-nın üçüncü klub turnirinin adı müəyyənləşdi

12.09.2019 12:48

UEFA 2021/22 mövsümündə təşkil etmək istədiyi yeni turnirin adını müəyyənləşdirib.

XəzərXəbər "Bild"ə istinadən xəbər verir ki, qurum yeni klub turnirinəKonfrans Liqasıadını verib.

Konfrans Liqası Çempionlar Liqası və Avropa Liqasından sonra reytinqinə görə, üçüncü Avropa Kuboku turniri olacaq.

Yarışın formatı isə hələ müzakirə edilir. Turnirin qrup mərhələsində 32 komandanın 8 qrupa bölünməsi nəzərdə tutulub.Qrup liderləri 1/8 finalavəsiqə qazanacaq. İkinci yerin sahibləri isə1/8 finalayüksəlmək üçün Avropa Liqasının qrupunda 3-cü pilləni tutan komanda ilə qarşılaşacaq.

Konfrans Liqasının qalibi növbəti mövsüm Avropa Liqasının qrup mərhələsində iştirak edəcək.

© xezerxeber.az


90 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR