Mixael Şumaxerin huşu başındadır

11.09.2019 16:52

Altı il əvvəl ağır kəllə-beyin travması alan yeddiqat "Formula-1” çempionu Mixael Şumaxerin huşu başındadır.

"Le Parisien” nəşri xəbər verir ki, bunu 50 yaşlı idmançı bir qədər əvvəl gizli şəkildə Parisdə yerləşən Jorj Pompidu adına xəstəxananın ürək-damar cərrahiyyəsi şöbəsinə gətirilib. Bundan sonra onun səhhəti ilə ürək çatışmazlığının müalicəsi üzrə ixtisaslaşan professor Filipp Menaşe məşğul olacaq.

"Bəli, o mənim şöbəmdədir. Əmin edə bilərəm ki, Şumaxer şüurlu vəziyyətdədir”, - deyə tibb müəssisəsinin əməkdaşlarından biri bildirib.

Mixael Şumaxer 2013-cü ildə Fransanın Meribel dağ kurortunda xizək sürərkən yıxılaraq ciddi xəsarətlər almışdı. Beyninin hər iki yarımkürəsinin zədələnməsi ilə müşayiət olunan ciddi kəllə-beyin travması idmançının bir neçə il komada qalmasına səbəb olmuşdu.

Ötən ilin qış aylarında xarici KİV-lər Mixael Şumaxerin artıq komadan çıxdığı və süni nəfəs aparatına ehtiyacı olmadığı barədə məlumat yaymışdılar.

© xezerxeber.az


175 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR