Ronaldo hamıdan çox maaş alır

11.09.2019 12:45

"La Gazzetta dello Sport" İtaliya A Seriyasında ən çox maaş alan futbolçuların siyahısını dərc edib.

Siyahıya "Yuventus"un hücumçusu Kriştiano Ronaldo başçılıq edir. Onun illik maaşı 31 milyon avrodu.

Məlum olub ki, Ronaldonun maaşı 4 klubun - SPAL, "Udineze" (hər ikisi 30 milyon), "Breşia" (28 milyon) və "Verona"nın (25 milyon) futbolçularına verdiyi ümumi əmək haqqından çoxdu.

İkinci pillədə "Yuventus"un digər üzvü - yeni transfer Matteys de Liqt qərarlaşıb. Holland yarımmüdafiəçinin maaşı 8 milyon və əlavə 4 milyon bonusdan ibarətdi.

İlk "üçlüy"ü "İnter"in yeni transferi Romelu Lukaku qapayır. Belçikalı ulduza 7.5 milyon maaş və 1.5 milyon avro bonus veriləcək.

Fanat.Az

© xezerxeber.az


207 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR