Millimizin üç futbolçusu cəzalı duruma düşdü

10.09.2019 10:16

Millimizin üç futbolçusu - Anton Krivotsyuk, Dmitri Nazarov və kapitan Maksim Medvedev Avro-2020-nin seçmə mərhələsində cəzalı duruma düşüblər.

Onlar 6-cı turda Xorvatiya ilə matçda (1:1) sarı vərəqə alaraq limitlərini doldurublar.

Müvafiq olaraq 62-ci və 67-ci və 90+3-cü dəqiqələrdə vərəqə görən yığma üzvləri Macarıstanla səfər görüşünü buraxacaqlar.

Qeyd edək ki, Macarıstan - Azərbaycan görüşü oktyabrın 13-ü keçiriləcək.

© xezerxeber.az


105 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR