Həbib Nurməhəmmədov UFC reytinqində birinci olmaq istəyir

09.09.2019 21:15

Qarışıq döyüş növləri (MMA) üzrə ən güclü idmançılardan hesab edilən rusiyalı Həbib Nurməhəmmədov özünü kateqoriyasından asılı olmayaraq UFC reytinqində birinci görmək istəyir.

Xezerxeber.az TASS agentliyinə istinadən xəbər verir ki, idmançının bu barədə fikirləri UFC-nin saytında yer alıb.

H.Nurməhəmmədov sentyabrın 7-də Abu-Dabi şəhərində amerikalı Dastin Porye ilə görüşdə qalib gələrək dünya çempionu kəmərini müdafiə edib. O, üçüncü raunda rəqibini boğucu fəndlə məğlub edib və yüngül çəki dərəcəsində UFC çempionu titulunu qoruyub.

Rusiyalı idmançı ötən ilin aprelində amerikalı El Yakuinta ilə döyüşdə çempion kəmərini qazanıb və həmin vaxtdan kəməri özündə saxlayır. Ötən ilin oktyabrında H.Nurməhəmmədov irlandiyalı Konor Makqreqora da qalib gələrək çempion adını müdafiə edib. Döyüşdən sonra hər iki komandanın üzvləri arasında kütləvi dava düşüb. Yanvarın 29-da Nevada ştatının atletika komissiyası irlandiyalı döyüşçünü 50 min dollar məbləğində cərimələyib və altı ay müddətinə yarışlardan diskvalifikasiya edib. Rusiyalı döyüşçü isə doqquz ay müddətinə UFC yarışlarından kənarlaşdırılaraq 500 min dollar məbləğində cərimələnib.

Otuz yaşlı H.Nurməhəmmədov peşəkar rinqdə keçirdiyi 28 döyüşün hamısını qələbə ilə başa vurub.

© xezerxeber.az


183 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR