"Qalatasaray" stadionunu dəyişdirir - "Arsenal"ın...

09.09.2019 14:21

İstanbulun "Qalatasaray” klubuna ev sahibliyi edən "Türk Telekom” stadionunda dəyişikliklər ediləcək.

Stadionun tamaşaçı tutumunun 60 minə qaldırılması hədəflənib.

"Sarı-qırmızı”lı klub "Arsenal”ın "Emirates” stadionunu örnək alaraq 3 sm olan oturacaq aralıqlarını daraldacaq və beləliklə, 52 min 650 nəfərlik auditoriya potensiallı tribunanı 60 minə çatdıracaq. Bunun üçün "Arsenal”dan stadionun struktur planlaşdırılması istənəcək.

"Qalatasaray” 50 min combine bilet satmaqla rekord qırmağı da planlaşdırır.

Dəyişikliklər bu mövsümün sonunda reallaşdırılacaq./publika.az

© xezerxeber.az


104 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR