Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Xulen Lopeteginin "Qarabağ"la oyun üçün planı

09.09.2019 13:49

Avropa Liqasının qrup mərhələsində ilk oyununu Bakıda "Qarabağ"a qarşı keçirəcək "Sevilya" Azərbaycana bir neçə əsas futbolçusu olmadan gələ bilər.

Diariodesevilla.es xəbər verir ki,sıx təqvim əndəlüsiyalıların çalışdırıcısı Xulen Lopetegini narahat edir. "Sevilya" 15 sentyabr - 6 oktyabr aralığında 7 oyun keçirəcək. Bu rəqiblər arasında Madrid "Real"ı və "Barselona" da var.

Sentyabrın 19-u "Qarabağ"la qaşrılaşacaq "Sevilya"nın 3 gün sonra "Real"la matçı var. Lopetegi buna görə Bakıdakı oyunda az şans qazanan futbolçulara şans verməyi düşünür.

"Qarabağ" - "Sevilya" oyunu sentyabrın 19-u keçiriləcək. Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq qarşılaşmanın start fiti 20:55-də səslənəcək./sportal

© xezerxeber.az


99 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR