"Filənin sultanları" yenə Avropanın ən güclüsü olmaq şansını itirdi

09.09.2019 13:40

Macarıstan, Polşa, Slovakiya və Türkiyənin birgə təşkilatçılığı ilə keçirilən qadın voleybolu üzrə Avropa çempionatı başa çatıb.

16 il sonra finala çıxmış Türkiyə millisi Ankarada keçirilən finalda Olimpiya ikincisi, dünya və ikiqat Avropa çempionu Serbiya ilə qarşılaşıb.

"Filənin sultanları" güclü rəqibi ilə görüşdə əzmkarlıq göstərərək görüşün taleyini tay-breykə daşıyıb. Bununla belə, serblər 3:2 qalib gələrək üçüncü dəfə Avropa çempionu olublar.

Bu, Serbiyanın ardıcıl ikinci qitə çempionluğudur. Xatırladaq ki, iki il əvvəl Bakıda keçirilmiş Avropa çempionatında da Serbiya qalib gəlmişdi. Bu turnirin üçüncüsü isə Polşanı 3:0 məğlub etmiş İtaliya olub.

Qeyd edək ki, bu qitə çempionatında Azərbaycan millisi də mübarizə aparıb. Komandamız 1/8 finalda Bolqarıstana 0:3 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

© xezerxeber.az


83 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR