Türkiyə Avropa çempionatının finalında

08.09.2019 16:13

Voleybol üzrə Avropa çempionatının finalçıları müəyyənləşib.

Həlledici matça Türkiyə və Serbiya milliləri vəsiqə qazanıb.

Türkiyə yarımfinalda Polşaya 3:1 hesabı ilə qalib gəlib. "Ay-ulduzlular" finalda son Avropa və dünya çempionu Serbiyaya rəqib olub. Serblər yarımfinalda İtaliyaya qalib gəlib - 3:1.

Final qarşılaşması bu gün Bakı vaxtı ilə saat 20.30-da başlayacaq. Saat 18.30-da isə İtaliya və Polşa arasında üçüncü yer uğrunda oyun baş tutacaq.

Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının 1/8 finalında Bolqarıstana uduzub (0:3) və 10-cu yeri tutub.

Fanat.Az

© xezerxeber.az


110 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR