Həbibin döydüyü idmançı ağladı: Hazır idim...

08.09.2019 15:52

Amerikalı döyüşçü Dastin Porye rusiyalı idmançı Həbib Nurməhəmmədova məğlubiyyətindən dərhal sonra emosional açıqlama verib.

Porye döyüşə yaxşı hazırlaşdığını deyib.

"Mən bilirdim ki, o mənə hücum edəcək. Döyüşə hazırlaşanda, heç bir küncü kəsmədən, hər şeyimi döyüşə verirdim. Mənə elə gəlirdi ki, bütün karyeram yalnız bu döyüş üçündür. Yəqin ki, mən daha çox şey edə bilərdim. Mən həqiqətən hazır idim. İndi hər səhər yuxudan oyanıb, güzgüyə baxıb, bu döyüşün nəticələrini xatırlayacağam”, – deyə o bildirib.

Porye açıqlama verərkən göz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, tərəflər arasında UFC titulunu qorumaq uğrunda döyüş şənbə günü Əbu-Dabidə baş tutub. Döyüş Nurməhəmmədovun üçüncü raunddakı boğucu fəndindən dərhal sonra dayandırılıb.

© xezerxeber.az


140 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR