Neymar 3 aydan sonra oyuna çıxdı

08.09.2019 11:51

Braziliya millisinin hücumçusu Neymar dünən Kolumbiyaya qarşı keçirilən yoxlama oyununda (2:2) iştirak edib.

Bu, onun son üç ayda meydana çıxdığı ilk matç olub. O, 19-cu dəqiqədə Kazemiroya qol ötürməsi edib, 58-ci dəqiqədə isə özü də qol vurub.

Qeyd edək ki, Neymar son dəfə 3 ay əvvəl Qətərlə yoxlama görüşündə oynamışdı. Həmin matçın 19-cu dəqiqəsində isə zədələndiyi üçün əvəzlənmişdi.

© xezerxeber.az


105 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR