Alonso 2021-ci ildə Formula 1-ə qayıda bilər

07.09.2019 14:42

Formula 1-in ikiqat dünya çempionu Fernando Alonso 2021-ci ildə tətbiq edilməsi nəzərdə tutulan yeni reqlamentin qüvvəyə minməsindən sonra "böyük mükafat” uğrunda yarışlara qayıda biləcəyini istisna etməyib.

"Motorsport” portalı ispaniyalı pilotun aşağıdakı sözlərini sitat gətirib: "Düşünürəm ki, məni Formula 1-dən kənarda gözləyən bir-iki problemi həll etməliyəm. Mən hələ "İndianopolisdə 500 mil” yürüşündə öz işimi başa çatdırmamışam, bir neçə digər məsələlər də qalır. Zənnimcə, yeni reqlamentin qüvvəyə minməsi ilə Formula 1 indikindən daha fərqli olacaq.

Yarışlardan uzaqlaşmama səbəb olan problemlər hələ də qalır. Bir komanda hegemonluq edir və yürüşlərin sonu o qədər də fərqli olmur. 2021-ci ildə hər şey dəyişə bilər və mümkündür ki, bu dəyişikliklər qayıtmağım üçün yaxşı imkan yaratsın”.

© xezerxeber.az


109 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR