İngiltərə Premyer Liqası: “Mançester Siti” yeni mövsümdə növbəti qələbəsini qazanıb

25.08.2019 19:32

Avqustun 25-də İngiltərə Premyer Liqasının üçüncü turunun növbəti oyunu keçirilib.

Xezerxeber.az xəbər verir ki, "Mançester Siti” səfərdə "Bournemouth” komandasının qonağı olub.

Görüş "Mançester Siti”nin 1:3 hesablı qələbəsi ilə başa çatıb.

Pep Qvardiolanın yetirmələrinin heyətində Serxio Aquera (2) və Rəhim Sterlinq fərqləniblər. Meydan sahibinin yeganə qolunu Hari Vilson vurub.

Bu qələbədən sonra xalların sayını 7-ə çatdıran Mançester təmsilçisi ikinci pillədə qərarlaşıb. "Bournemouth” isə 4 xalla 10-ci yerdədir.

© xezerxeber.az


140 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR