Bu gün UEFA Çempionlar Liqasının play-off mərhələsi start götürür

20.08.2019 10:41

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start veriləcək.

Xezerxeber.az xəbər verir ki, mərhələnin ilk oyun günündə üç qarşılaşma keçiriləcək.

"Qarabağ”ı mübarizədən kənarlaşdıran Kiprin APOEL komandası ötən il UEFA Çempionlar Liqasının yarımfinalçısı Hollandiyanın "Ayaks” klubunu, LASK (Avstriya) isə "Brügge”ni (Belçika) qəbul edəcək.

Çexiyanın "Slaviya” klubu səfərdə ÇFR (Rumıniya) komandası ilə qarşılaşacaq.

Hər üç oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

© xezerxeber.az


207 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR