Futbol üzrə Azərbaycan Premyer Liqasında birinci tura yekun vurulub

20.08.2019 10:05

Futbol üzrə Azərbaycan Premyer Liqasında I tura yekun vurulub.

Xezerxeber.az xəbər verir ki, turun sonuncu matçında "Neftçi" "Sabah"ı qəbul edib.

"Bakcell Arena"da təşkil olunan qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

Görüşdə ilk qol 33-cü dəqiqədə vurulub. "Sabah"ın heyətində Rəşad Eyubov qapıçı ilə təkbətək mübarizədən qalib ayrılıb. 40-cı dəqiqədə Soni Mustivar flaqmanın bərabərlik qoluna imza atıb. Görüşün ikinci yarısı qarşılıqlı hücumlar şəraitində keçsə də, tərəflər meydanı heç-heçə ilə tərk edib. Beləliklə çempionluğa iddialı "Neftçi" ilk turda iki xal itirib.

İlk 3 oyunda "Keşlə" evdə "Qarabağ"a, "Zirə" səfərdə "Səbail"ə 0:1, "Qəbələ" öz meydanında "Sumqayıt"a 0:2 hesabı ilə uduzub.

© xezerxeber.az


97 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR