Gənc pəhləvanımız Zaur Əliyev dünya çempionatında gümüş medala sahib olub

18.08.2019 09:16

Estoniyanın paytaxtı Tallinndə keçirilən gənc güləşçilər arasında dünya çempionatında yunan-Roma pəhləvanımız Zaur Əliyev (55 kq) gümüş medal qazanıb. İdmançımız həlledici görüşdə Rusiya təmsilçisi Ənvər Allahyarova məğlub olub.
Səkkizdəbir finalda Qırğızıstan idmançısı Nurməhəmməd Abdullayevə qalib gələn (8:0) güləşçimiz növbəti mərhələdə moldovalı Artium Deleanunu üstələyib - 10:0. Yarımfinalda iki il əvvəl yeniyetmələrin dünya çempionatının finalında qarşılaşdığı Yaponiya idmançısı Ken Matsui ilə üz-üzə gələn Z.Əliyev rəqibini məğlub etməyi bacarıb. İlk hissədə dörd xallıq fəndi uğurla icra edən Avropa çempionatının bürünc medalçısı hesabdakı üstünlüyünü sonadək qoruyub (4:0) və dünya çempionatının finalına yüksəlib.
Qeyd edək ki, avqustun 17-də - yarışın altıncı günündə 55, 63, 77, 87 və 130 kiloqram çəki dərəcələrində yunan-Roma güləşçiləri finalda mübarizə aparıblar.

© xezerxeber.az


109 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR