“Mançester Siti” - “Tottenhem” oyununda qalib müəyyənləşməyib

18.08.2019 09:26

Futbol üzrə İngiltərə Premyer Liqasının ikinci turunun mərkəzi qarşılaşması keçirilib.
Xezerxeber.az xəbər verir ki, "Etihad” stadionunda baş tutan görüşdə son çempion "Mançester Siti” doğma azarkeşlər önündə "Tottenhem” komandasını qəbul edib. Görüş 2:2 hesabı ilə başa çatıb. "Mançester Siti”nin heyətində Rahim Sterlinq (20), Serxio Aquera (35), "Tottenhem”in isə Erik Lamela (23) və Lukas Maura (56) fərqləniblər.

© xezerxeber.az


109 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR