“Real Madrid” ukraynalı qapıçısını icarəyə verib

14.08.2019 15:20

İspaniyanın "Real Madrid” klubu ukraynalı qapıçısı Andrey Lunini "Valyadolid” komandasına icarəyə verib.

Xezerxeber.az klubun rəsmi saytına istinadən xəbər verir ki, icarə müqaviləsi bir mövsüm üçün nəzərdə tutulub. A.Lunin son mövsümü İspaniyanın digər klubu "Leqanes”də icarə əsasında keçirib.

İyun ayında Ukrayna millisinin heyətində Polşada keçirilən gənclər arasında dünya çempionatının qalibi olan gənc qapıçı ötən yay "Zarya” komandasında transfer olunmuşdu. "Kral klubu” futbolçu ilə altıillik müqavilə imzalayıb. İspaniya mətbuatında yer alan xəbərlərə görə, paytaxt klubu Lunin üçün luqansklılara 14 milyon avro ödəyib.

© xezerxeber.az


159 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR