“Bney Yehuda” – “Neftçi” matçının hakimləri açıqlanıb

11.08.2019 15:12

İsraildə "Bney Yehuda” və "Neftçi" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab görüşü üçün təyinatlar açıqlanıb.

Xezerxeber.az xəbər verir ki, avqustun 15-də Petah Tikva şəhərində baş tutacaq qarşılaşma italiyalı hakimlər briqadasına həvalə olunub.

Oyunun baş hakimi Daniele Doveri olacaq. Ona Alessandro Kostantso və Alesio Tolfo kömək edəcəklər. Fabritsio Paskua dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Oyunun hakim-inspektoru fransalı Stefan Lannoy, UEFA nümayəndəsi isə estoniyalı Tarqo Kaldoya olacaq.

Qeyd edək ki, "Itztadion HaMoshava"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Bakıdakı ilk matç heç-heçə ilə yekunlaşıb - 2:2.

© xezerxeber.az


142 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR