Renat Dadaşov “Vulverhempton”da!

06.08.2019 17:25

İngiltərə Premyer Liqa təmsilçisi "Vulverhempton” Portuqaliyanın "Eştoril" klubunda çıxış edən Azərbaycan millisinin hücumçusu Renat Dadaşovu transfer edib.

 

XəzərXəbər "Birmingham Live” nəşrinə istinadən xəbər verir ki, "canavarlar" 20 yaşlı hücumçu ilə müqavilə bağladıqdan sonra icarəyə verib. Dadaşov Portuqaliya Premyer Liqa təmsilçisi "Pasuş de Ferreyra”da bir mövsüm çıxış edəcək.

 

20 yaşlı forvardın transfer şərtləri açıqlanmayıb.

© xezerxeber.az


220 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR