Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Ueyn Runi İngiltərəyə qayıtdı - oynayan-məşqçi olacaq

06.08.2019 13:41

ABŞ-ın "Di Si Yunayted" klubunun futbolçusu Ueyn Runi İngiltərəyə geri dönür.

"Daily Telegraph" xəbər verir ki, 33 yaşlı forvard Çempionşip təmsilçisi "Derbi" ilə anlaşıb. İngiltərə millisinin sabiq futbolçusu komandada oynayan-məşqçi kimi fəaliyyət göstərəcək.

Klub tezliklə müqavilənin detallarını açıqlayacaq.

"Derbi"ni hollandiyalı mütəxəssis Filipp Koku çalışdırır. Ötən mövsüm baş məşqçi funksiyasını yerinə yetirən Frenk Lempard "Çelsi"nin "sükanı arxası"na keçib.

"Everton"un yetirməsi 2004-2017-ci illərdə"Mançester Yunayted"də çıxış edib. Təcrübəli hücumçu 2018-ci ildə "Everton"dan "Di Si Yunayted"ə üz tutmuşdu. Runi MLS klubunda 44 oyuna 23 qol vurub.

© xezerxeber.az


106 dəfə oxunub

XƏBƏRLƏR

17.09.2019 09:16

Neft yenidən ucuzlaşıb

ÇOX OXUNANLAR