Türkiyə millisinin üzvü rəsmən "Lill"də

06.08.2019 13:23

Fransanın "Lill" klubu Türkiyənin "Trabzonspor" klubunun hücumameyilli yarımmüdafiəçisi Yusuf Yazıçını transfer edib.

XəzərXəbər klubun saytınaistinadən xəbər verir ki, Türkiyə millisinin üzvü ilə 5 illik müqavilə imzalanıb.

Bu keçid üçün "bordo-mavililər"ə 17,5 milyon avro təzminat ödənilib. Bundan əlavə, Fransa klubu portuqaliyalı müdafiəçisi Edqar İeni 50 faizlik transfer hüququ ilə Qara dəniz təmsilçisinə verib. Yazıçının növbəti satışından trabzonlulara 20 faiz pay düşəcək.

22 yaşlı futbolçu "Trabzonspor"un yetirməsidir.

Image


© xezerxeber.az


209 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR