"Arsenal"ı "Bordo"ya dəyişdi

06.08.2019 12:47

"Arsenal"ın müdafiəçisi Loran Koselni karyerasını Fransada davam etdirəcək.

XəzərXəbər "France Football"a istinadən xəbər verir ki, 33 yaşlı stopper Liqa 1 təmsilçisi "Bordo" ilə razılığa gəlib. Fransa millisinin sabiq üzvü ilə 3 illik müqavilə imzalanıb. Keçidin 10 milyon avroya başa gələcəyi ehtimal olunur.

"Arsenal" Koselnini 2010-cu ildə "Loryan"dan 12,5 milyon avroya transfer etmişdi.

© xezerxeber.az


108 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR