"Beşiktaş" "Vilyarreal"ın futbolçusunu transfer etdi

06.08.2019 11:44

Türkiyənin "Beşiktaş" klubu yeni transferini həyata keçirib.

XəzərXəbər "beIN Sports"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi İspaniya La Liqa təmsilçisi "Vilyarreal"ın müdafiəçisi Viktor Ruisi transfer edib. 30 yaşlı futbolçu ilə 3 illik razılıq əldə edilib. İspaniyalı futbolçu tibbi müayinədən keçmək üçün Türkiyəyə gələcək.

"Barselona"nın yetirməsi peşəkar karyerasına "Espanyol"da başlayıb. Ruis 2015-ci ildən "sarı sualtı qayıq"da çıxış edirdi.

© xezerxeber.az


103 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR