Həsrət Cəfərov komandamızın aktivinə dördüncü qızıl medalı yazdırıb

22.07.2019 17:40

Avropa Gənclər Olimpiya Festivalının yunan-Roma güləşi üzrə yarışlarda 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Həsrət Cəfərov finalda qələbə qazanaraq komandamızın aktivinə dördüncü qızıl medalı yazdırıb.

AZƏRTAC xəbər verir ki, güləşçimiz finalda rusiyalı Maqomed Gigiyev üzərində 7:0 hesablı qələbə qazanaraq festivalın qalibi olub.

Üçüncü yer uğrunda görüşdə belaruslu Nikita Muraşka italiyalı Andrea Settiyə 8:0, gürcüstanlı Nika Broladze isə türkiyəli Onur Yurtada 2:0 hesabı ilə qalib gələrək bürünc medallara sahib olublar.

İdmançıların mükafatlandırılması mərasimində qaliblərə medalları Azərbaycan Güləş Federasiyasının rəhbəri Namiq Əliyev təqdim edib.

Xatırladaq ki, Həsrət Cəfərov litvalı güləşçi Donatas Rindeikisi çətinlik çəkmədən məğlub edib- 12:0. Güləşçimiz daha sonra Belarus təmsilçisi Nikita Muraşkanı məğlub edərək yarımfinala vəsiqə qazanıb – 13:5. Yarımfinalda idmançımızın rəqibi Andrea Setti (İtaliya) olub. Rəqibini 6:0 hesabı ilə məğlub edən güləşçimiz finalda iştirak hüququ qazanıb.

© xezerxeber.az


173 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR