Asim Xudiyev “Lokomotiv”-“Spartak” oyununa təyinat alıb

22.07.2019 15:47

Asim Xudiyev UEFA Avropa Liqası turnirinin ikinci mərhələsinin oyununa təyinat alıb.

Xezerxeber.az AFFA-ya istinadən xəbər verir ki, "Lokomotiv” (Bolqarıstan) – "Spartak” (Slovakiya) oyununun hakim-inspektoru A.Xudiyev olacaq.

Matç iyulun 25-də Bolqarıstanın Plovdiv şəhərində keçiriləcək.

© xezerxeber.az


133 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR