Azərbaycanın aktivinə ikinci qızıl medalı Murad Haqverdiyev yazdırıb

21.07.2019 17:09

İyulun 21-də Azərbaycanın sərbəst güləşçisi Murad Haqverdiyev (45 kq) XV Avropa Gənclər Olimpiya Festivalında ölkəmizin aktivinə ikinci qızıl medalı yazdırıb.

Xezerxeber.az xəbər verir ki, Heydər Əliyev adına İdman Sarayında keçirilən sərbəst güləş yarışlarının finalında Gürcüstan təmsilçisi Nikolozi Santeladzeni 11:4 hesabı ilə məğlub edən pəhləvanımız ölkəmizə ikinci qızıl medalı qazandırıb.

İdmançımız finala gedən yolda rusiyalı Eldar Asakayevi, belaruslu Mikita Berazunu, türkiyəli Bahri Soyleri, polşalı Fabian Niedziedzkini məğlub edib.

© xezerxeber.az


325 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR