Nigeriya millisi tarixində 8-ci dəfə Afrika Millətlər kubokunun bürünc medalını qazanıb

18.07.2019 11:00

İyulun 17-də Afrika Millətlər kubokunun bürünc mükafatçısı məlum olub.

Xezerxeber.az xəbər verir ki, turnirin üçüncü və dördüncü yer uğrunda mübarizələrində Nigeriya və Tunis millisi üz-üzə gəlib.

Görüş Nigeriya millisinin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0. Oyunda yeganə qolun müəllifi üçüncü dəqiqədə Odion İghalo olub. Beləliklə, Nigeriya millisi tarixində 8-ci dəfə Afrika Millətlər kubokunun bürünc mükafatçısı olub.

Turnirin final görüşü iyulun 19-da keçiriləcək. Həmin görüşdə Seneqal və Əlcəzair yığmaları qarşılaşacaq.

© xezerxeber.az


137 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR