Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Qurban Qurbanov: Maraqlı oyun izlədik

18.07.2019 09:09

Futbolçularıma təşəkkür edirəm. Çox səbirli oynadılar, lazım olan məqamda hücum etməyi bacardılar. Maraqlı oyun izlədik.

Xezerxeber.az xəbər verir ki, bu fikirləri "Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Albaniyanın "Partizani” komandasını 2:0 hesabı ilə məğlub etdikləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunundan sonra təşkil olunmuş mətbuat konfransında söyləyib.

O, rəqibin yaxşı müdafiə olunduğunu bildirərək deyib: "Əks-hücumlarda da çox sürətli oynayırdılar. Çətin rəqib idi. Komandamızı təbrik edir və azarkeşlərə təşəkkür edirəm. Oyunlar zamanı futbolçuların hazırlıq səviyyəsi bəzən fərqli olur. Yığmada olanlar və legionerlər bizə gec qoşuldular. Oyundan-oyuna forma yığırlar. Bir az səbirli olmalıyıq.

Yeni transferləri növbəti mərhələyə sifariş verəcəyik. Bədavi Hüseynovun isə zədəsi davam edir. Ola bilər, ilk oyunu buraxdıq. Limitə görə bəzi transferi edə bilmirik”.

"Qarabağ” II təsnifat mərhələsində İrlandiyanın "Dundalk" komandası ilə qarşılaşacaq. Baş məşqçi rəqibi daha yaxından tanıyandan sonra fikir bildirməyin düzgün olacağını söyləyib: "Uzaq səfərə çıxacağıq. Səfər yorğunluğu olacaq. Çalışacağıq ki, yaxşı hazırlaşaq”.

Qurban Qurbanov "Qarabağ”da debüt edən Ailton Silva barədə də danışıb: "O, yaxşı formasından bir az uzaqdır. Oyun praktikası azdır. Onu başqa futbolçu ilə müqayisə etmək istəmirəm. Daha da yaxşı olmalıdır”.

© xezerxeber.az


102 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR