“Fənərbağça” yeni hücumçu transfer edib

09.07.2019 14:26

İstanbulun "Fənərbağça” futbol klubu "Rizəspor” komandasından kosovalı hücumçu Vedat Muriqini transfer edib.

Xezerxeber.az klubun saytına istinadla xəbər verir ki, 25 yaşlı hücumçu ilə İstanbul təmsilçisi dörd illik müqavilə imzalayıb. V.Muriqi yeni komandasında 94 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Vedat Muriqi 2018-ci ildə "Gənclərbirliyi” komandasından "Rizəspor”a keçib. O, ötən mövsüm "Rizəspor”un heyətində keçirdiyi 34 oyunda 17 qol vurub.

© xezerxeber.az


284 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR