Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Gimnastımız Marina Nekrasova XXX Yay Universiadasında Azərbaycana ilk qızıl medalı qazandırıb

07.07.2019 17:42

Azərbaycan gimnastı Marina Nekrasova İtaliyanın Neapol şəhərində keçirilən XXX Ümumdünya Yay Universiadasında ölkəmizin aktivinə ilk qızıl medalı yazdırıb.

İyulun 7-də idman gimnastikası üzrə final yarışları keçirilib. Qadın idman gimnastımız Marina Nekrasova dayaqlı tullanma hərəkətində 14 tam xal toplayaraq qızıl medal qazanıb.

Bu yarışda 28 ölkədən 51 idmançı iştirak edib.

Kişilərin yarışında isə gimnastımız İvan Tixonov çoxnövçülük hərəkətində 79,600 xalla 11-ci yerdə qərarlaşıb.

Universiada çərçivəsində keçiriləcək bədii gimnastika yarışlarında Azərbaycanı Zöhrə Ağamirova təmsil edəcək.

© xezerxeber.az


113 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR