“Milan” Lovren üçün 15 milyon avro təklif edir, “Liverpul” 25 milyon istəyir

07.07.2019 09:14

İtaliyanın "Milan” klubu "Liverpul”un müdafiəçisi Deyan Lovrenlə maraqlanır.

Xezerxeber.az xəbər verir ki, italyan klubu 30 yaşlı xorvat futbolçu üçün 15 milyon avro təklif etməyə hazırdır, amma "Liverpul” 25 milyon istəyir. Vəziyyəti, həmçinin futbolçunun İngiltərədə yüksək maaşı mürəkkəbləşdirir. Lovren orada ilə 4,5 milyon avro alır.

Xorvatiyalı müdafiəçi 2014-cü ildə "Sautgempton”dan "Liverpula” təxminən 20 milyon funt sterlinq müqabilində keçib. Onun "qırmızılarla” müqaviləsi 2021-ci ilin yayınadək hesablanıb.

2018-ci il dünya çempionatında Lovren Xorvatiya yığmasının əsas oyunçularından biri olub. O, mundialda komandasının bütün oyunlarında, o cümlədən Fransa yığması ilə final matçında iştirak edib. Xorvatiya həmin oyunda 2:4 hesabı ilə uduzaraq dünya çempionatının gümüş mükafatçısı olub.

© xezerxeber.az


323 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR