Buffondan maraqlı seçim

05.07.2019 12:58

PSJ-dən "Yuventus”a transfer olan Canluici Buffonun Turin klubunda forma nömrəsi bəlli olub.

XəzərXəbər xəbər verir ki, 41 yaşlı qapıçı "ağ-qaralar"da 77 nömrəli forma ilə çıxış edəcək. O, kapitanlıqdan imtina etdiyini də deyib:

"Voysex Şesni mənə "1 nömrə"ni, Kyellini isə kapitanlığı verirdi. Ancaq mən bunu qəbul etmədim. 77 nömrəli formanı seçmişəm".

Buffon bir illik PSJ karyerasından sonra "Yuventus"a qayıtdı. Onunla bir illik müqavilə imzalanıb.

© xezerxeber.az


180 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR