Vedat yekun qərarını açıqladı

05.07.2019 12:54

"Qalatasaray"la "Fənərbaxça"nın transfer hədəfində olan Türkiyənin "Rizəspor" klubunun hücumçusu Vedat Muriki gələcək karyerası ilə bağlı yekun qərarını verib.

XəzərXəbər xəbər verir ki, kovolu forvard sosial şəbəkə hesabında "Rizəspor"da qalmağa qərar verdiyini açıqlayıb. 25 yaşlı futbolçu müqaviləsinin sonuna qədər Rizə təmsilçisində çıxış edəcəyinivurğulayıb.

Kosovo yığmasının üzvünün "Rizəspor"la müqaviləsi gələn yay bitir.


© xezerxeber.az


81 dəfə oxunub

XƏBƏRLƏR

15.07.2019 22:41

Kainat fırlanırmı?

ÇOX OXUNANLAR