"Yuventus" Poqbaya görə Dibaladan imtina etməyə hazırdı

03.07.2019 17:52

"Yuventus" "Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqbanın xidmətində maraqlıdı.

Turin klubunun idman direktoru Fabio Paratiçi Poqbanın agenti Mino Rayola ilə danışıqlar aparır. Jurnalist Nikolo Skiranın xəbərinə görə, "Yuventus" fransız futbolçunun qarşılığında 60-70 milyon avro ödəməklə yanaşı, Paulo Dibalanı da "Mançester Yunayted"ə göndərməyə hazırdı.

"Qırmızı şeytanlar" mümkün transferi 150 milyon avro dəyərində qiymətləndirir.

Qeyd edək ki, Pol Poqba 2012-2016-cı illər aralığında "Yuventus"da çıxış edib.

Fanat.Az

© xezerxeber.az


177 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR