Yaya Turenin transferi rəsmən açıqlandı

03.07.2019 17:48

Fil Dişi millisinin sabiq futbolçusu Yaya Turenin yeni klubu müəyyənləşib.

36 yaşlı yarımmüdafiəçi karyerasını Çində davam etdirəcək. Ture I divizionda çıxış edən "Çindao Haynyu” klubu ilə iki illik müqavilə imzalayıb.

"Barselona" və "Mançester Siti" kimi klublarda çıxış etmiş Ture son olaraq "Olimpiakos"da oynayıb.

© xezerxeber.az


178 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR