"Tottenhem" transfer rekordunu qırdı

03.07.2019 11:24

İngiltərənin "Tottenhem" klubu növbəti transferini açıqlayıb.

XəzərXəbər klubun saytına istinadən xəbər verir ki, London təmsilçisi "Lion"un yarımmüdafiəçisi Tanqi Ndombeleni transfer edib. Fransa millisinin üzvüylə 5 illik müqavilə imzalanıb.

Bu keçid üçün Fransa klubuna 70 milyon avro ödəyib. Ndombele "Tottenhem"in tarixinə ən bahalı transfer kimi düşüb.

Daha öncərekord 2017-ci ildə "Ayaks"dan 40 milyon avroyatransfer edilən kolumbiyalı müdafiəçi Davinson Sançesə məxsus idi.

© xezerxeber.az


155 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR