Ramil Şeydayevin yeni mövsüm çıxış edəcəyi klub bəlli oldu

25.06.2019 16:40

Azərbaycan millisinin üzvü Ramil Şeydayevin növbəti mövsüm çıxış edəcəyi klub bəlli olub.

XəzərXəbər sport24.ru saytına istinadən xəbər verir ki, 23 yaşlı forvard "Krılya Sovetov"la müqaviləsini uzatmağa qərar verib. Şeydayev bu gün Samara klubunun Avstriyadakı təlim-məşq toplanışına qatılacaq. Klub tezliklə Ramillə müqavilə bağladığını rəsmən açıqlayacaq.

Qeyd edək ki, Ramil ötən mövsümün əvvəlindən çıxış etdiyi "Krılya Sovetov"da 18 oyuna 4 qol vurub.

© xezerxeber.az


147 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR